Sığorta haqlarının 77%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda toplanılmış 265,297 milyon manat sığorta haqqının 203,911 milyon manatı və yaxud 76,9%-i 5 sığorta şirkətinin payına düşüb.
"ENA" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (74,597 milyon manat), "PAŞA Sığorta" (71,97 milyon manat), "Azərsığorta" (33,01 milyon manat), "Atəşgah Həyat Sığorta" (12,37 milyon manat) və "Atəşgah Sığorta" (11,964 milyon manat) ASC-lərdir.
4 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "Naxçıvan Sığorta" (128 min manat), "Amrah Sığorta" (138 min manat), "Bakı Sığorta" (298 min manat) və "Rəvan Sığorta" (818 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1,382 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,5%-i deməkdir.
Qalan 12 sığorta şirkətinin ümumi yığımları isə 60,004 milyon manat (22,6%) təşkil edib.