Ən çox qazanan idmançıların siyahısı - AÇIQLANDI
Nüfuzlu "Forbes" jurnalı 2019-cu ilin birinci yarısında ən çox pul qazanan idmançıların siyahısını açıqlayıb.
ENA.az xəbər verir ki, siyahıda ilk üç yeri tarixdə ilk dəfə olaraq futbolçular tutublar.
- Eləcə də bax: Dünyanın ən bahalı brendinin adı - AÇIQLANDI
Birinci yerdə 127 milyon dollar gəlir ilə İspaniya "Barselona"sı və Argentina milli komandasının hücumçusu Lionel Messi qərarlaşıb. İkinci pilləni "Yuventus" və Portuqaliyanın hücumçusu Kriştianu Ronaldu tutub. Onun bu müddət ərzində gəlirləri 109 mln. dollar təşkil edib. Üçüncü yer PSJ və Braziliya millisinin oyunçusu Neymara məxsusdur. Onun gəlirləri 105 mln. dollardır.
Dördüncü yerdə meksikalı boksçu Saul Alvares qərarlaşıb. O, 94 mln. dollar qazanıb.