Azərbaycanda yeni logistika mərkəzləri qurulacaq
Gəncə və “Qırmızı Körpü” ərazisində yeni logistika mərkəzlərinin qurulması planlaşdırılır.
"ENA" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının katibi Rüfət Bayramov deyib.
Azərbaycanda mövcud logistika mərkəzlərinin əhəmiyyətini qeyd edən R. Bayramov gələcəkdə bu mərkəzlərin sayının artırılacağını bildirib.
“Gələcəkdə Gəncədə və “Qırmızı Körpü” ərazisində logistika mərkəzlərinin qurulması planlaşdırılır. Hər bir bölgəyə uyğun ölkəmizin regionlarında tranzit və logistika mərkəzləri qurulacaq”, - deyə R. Bayramov qeyd edib.