Dünyanın ən bahalı brendinin adı - AÇIQLANDI
"BrandZ Top 100 Most Valuable Global Brands"in açıqladığı növbəti renkinq "Amazon"un ötənilki lider "Google" şirkətini birinci pillədən kənarlaşdıraraq dünyanın ən bahalı brendi olduğunu göstərib.
ENA.az "İnterfaks"a istinadən xəbər verir ki, son illərdə "brend-ekosistem"ə çevrilən və bazarın yeni seqmentlərində genişlənən "Amazon"un dəyəri bir il ərzində 1,5 dəfə aratarq 315 milyard dollara çatıb. "Amazon" 2018-ci ildə reytinqdə üçüncü sırada yer almışdı.
Bu il sıralamada ikinci yeri yenə "Apple" (309,5 milyard dollar) tutub. "Google" (309 milyard dollar) isə üçüncü yerə düşüb. Sonrakı pillələrdə "Microsoft", "Visa", "Facebook", "Alibaba" qərarlaşıb.
Qeyd edək ki, "BrandZ Top 100 Most Valuable Global Brands" renkinqi dünyanın ən böyük reklam şirkəti olan WPP-nin sifarişi ilə "Kantar Millward Brown" agentliyi tərəfindən tərtib edilir. Siyahı tərtib edilərkən maliyyə göstəriciləri və istehlakçı baxışlarını nəzərə alınır. Dünyanın ən bahalı brendlərinin reytinqi 2006-cı ildən bəri hər il tərtib edilir.