Google Huawei şirkətinin ABŞ bazarına geri qaytarılmasına çalışır
Google Huawei şirkətini ABŞ texnologiyalarından məhrum etməmək üçün ABŞ hökumətini razı salmağa çalışır. Bu barədə The Financial Times saytına istinadən Macdigger saytı xəbər verib. Anonim mənbənin The Financial Times saytına verdiyi məlumata əsasən Google şirkətinin bu məsələdə arqumenti bu cürdür: Dünyanın ən böyük smartfon və telekommunikasiya təchizatı istehsalçısının xaric edilməsi milli maraqlara ziddir.
Əgər Huawei Android-dən tamamilə məhrum olsa, o, Android əsasında öz əməliyyat sistemini inkişaf etdirəcək. Google şirkəti xəbərdarlıq edir ki, bu əməliyyat sistemi ilə olacaq smartfonlar Çinin xüsusi orqanlarının idarəetməsində olacaqlar. The Financial Times bildirib ki, Google şirkətinin bu hərəkətlərində həmçinin iqtisadi məntiq də var. Belə ki, Huawei dünyanın üçüncü ən böyük smartfon istehsalçısıdır. Buna görə də onunla əməkdaşlığın tam dayandırılması öz növbəsində Google şirkətinə müəyyən səviyyədə təsir göstərəcək.