"Azercell"in əsas səhmdarının xalis mənfəəti artıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC 2018-ci ili 8 milyon 238 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” MMC-nin illik hesabatına istinadən xəbər verir ki, ötən il “AzInTelecom”un cəmi gəlirləri 28 milyon 551 min manat, cəmi xərcləri isə 20 milyon 313 min manat təşkil edib.
2017-ci ildə “AzİnTelekom”un göstərdiyi xidmətlərdən gəliri 38 milyon 815 min manat, xalis mənfəəti 7 milyon 559 min manat təşkil etmşdi.
“AzİnTelekom” “Azercell Telekom” şirkətinin səhmdarlarından biridir. Bu il Mart ayında “Fintur” şirkəti özünün “Azertel Telekommunikasyon Yatirim Diş Ticaret A.Ş” (Azertel) şirkətindəki 51.3 faizlik payını 221,7 milyon avroya (430 milyon manat) Azərbaycan Respublikasının tam dövlət mülkiyyətində olan "Azərbaycan Beynəlxalq Telekom" MMC-yə (AzİnTelecom) satıb. “Azertel” “Azercell”in tam səhmdarıdır.