BOKT mənfəətini kapital artımına yönəldib
"Azərbaycan Mikro-Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ildə əldə etdiyi 54 min manat xalis mənfəəti nizamnamə kapitalının artırılmasına yönəldib.
Bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verilir.
Beləliklə, "BOKT-un nizamnamə kapitalı 2,2% artaraq 2,5 milyon manatdan 2,554 milyon manata yüksəlib.