Mayda hərraclarda satılmış dolların məbləği - AÇIQLANDI
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin may ayı ərzində 352,4 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Bu barədə "ENA"ya Dövlət Neft Fondundan bildirilib.
Müqayisə üçün qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2019-cu ilin mart ayı ərzində 600,5 milyon ABŞ dolları məbləğində, aprel ayı ərzində 423,7 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
Beləliklə, aprel ayı ilə müqayisədə hərraclarda valyuta satışı azalıb.