MALİYYƏ

Mərkəzi Bank hərraca çıxarılan not həcmini azaltdı

4 iyun 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.  

Bakı Fond Birjasından "ENA"ya daxil olmuş məlumata görə, hərraca çıxarılmış həcm 100 milyon manatdır. Əvvəlki hərraclrda çıxarılan həcm 150 milyon manat təşkil edirdi.

Xəbər verdiyimiz kimi, Mərkəzi Bank depozit hərraclarında da cəlb etdiyi məbləği 150 milyon manatdan 100 milyon manata endirib.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlət qeydiyyat №-si

50100676S

Hərraca çıxarılan həcm

100 000 000 AZN

Notun nominal dəyəri

100 АZN

Notların tədavül müddəti

 29 gün

Ödəmə tarixi

                                    03.07.2019

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən  (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.

Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

AMB qısa müddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department