Neft daha da ucuzlaşdı - SON QİYMƏT

Dünya birjalarında neftin qiyməti azalıb.
"ENA" xəbər verir ki, Bakı vaxtı ilə 16:30-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,63 dollar və ya 2,88% azalaraq 54,96 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 2,06 dollar və ya 3,08% azalaraq 64,87 dollar təşkil edib