Sığorta

Bakıda beynəlxalq sığorta forumu keçiriləcək

İyunun 29-da Bakıda beynəlxalq sığorta forumu keçiriləcək. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Azər Əliyev məlumat verib.

“İyunun 29-da Bakıda növbəti beynəlxalq sığorta forumu keçirməyi planlaşdırırıq. Forum Maliyyə Bazarlarına Nəzarət Palatası, ASA və İcbari Sığorta Bürosu tərəfindən təşkil olunacaq”, - Əliyev qeyd edib.

Onun sözlərionə görə, bütövlükdə təşkilatçılar iyunun sonunda bir növ “sığorta həftəsi” keçirməyi planlaşdırırlar.

“Çox ehtimal ki, forum bu həftə çərçivəsində təşkil olunacaq. Bundan əlavə, fəal diskussiyalar və KİV ilə görüşlər keçirməyi nəzərdə tuturuq”, - Əliyev əlavə edib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)