Türkmənistan prezidenti və Azərbaycanın baş naziri görüşüb
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycanla qarşılıqlı səmərəli tərəfdaşlığın genişləndirilməsinə hazırlıq barədə bəyan edib. Bu barədə Türkmənistan Dövlət Xəbər Agentliyi məlumat verib.
Berdiməhəmmədov Aşqabadda MDB ölkələri Hökumət Başçıları Şurasının iclasında iştirak edən Azərbaycan Respublikasının baş naziri Novruz Məmmədovu qəbul edib.
“İki ölkə arasında münasibətlər böyük potensialın mövcudluğu və dövlətlərin qarşılıqlı səmərəli tərəfdaşlığın genişləndirilməsinə hazırlıq sayəsində çox uğurla inkişaf edir”, - agentlik Berdiməhəmmədovun sözlərindən sitat gətirir.
Qeyd olunur ki, həmçinin tərəflər ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərini müzakirə ediblər, ticarət-iqtisadi, enerji sahəsində səmərəli tərəfdaşlıq üçün böyük imkanların və perspektivlərin olduğunu vurğulayıblar.
“Türkmənistan və Azərbaycan mühüm neft və qaz ehtiyatlarına malikdir, bu da Avrasiya qitəsi ölkələrinə enerji daşıyıcılarının davamlı tədarükünün təşkili üçün optimal şərait yaradır”, - həmsöhbətlər qeyd ediblər.
Berdiməhəmmədov və Məmmədov vurğulayıblar ki, qədimdən Böyük İpək Yolu marşrutu ilə bağlı olan iki ölənin coğrafi vəziyyəti də transkontinental və Şimal-Cənub və Şərq-Qərb tranzit-nəqliyyat dəhlizlərinin formalaşdırılması üzrə layihələrin reallaşdırılmasında səylərin uğurlu olması üçün əlverişli amildir.
“Xəzərdə dəniz limanlarının da daxil olduğu müasir nəqliyyat və logistika infrastruktura malik olan Türkmənistan və Azərbaycan ən qısa marşrutlar ilə operativ, iqtrisadi səmərəli yük daşımalarını təmin edə bilər”, - həmsöhbətlər qeyd ediblər.
Eyni zamanda, Türkmənistan prezidenti və Azərbaycanın baş naziri ənənəvi humanitar dialoquin gələcək inkişafı, təhsil, elm və mədəniyyət, həmçinin idman və turizm sahələrində səmərəli əlaqələrin stimullaşdırılmasının əhəmiyyətini qeyd ediblər.