Hesabatlar

Dövlət xidməti zərər açıqladı

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (DƏDRX) 2018-ci ili 95 min manat zərərlə başa vurub.

Bu barədə qurumun maliyyə hesabatından məlum olur. 

Sənədə əsasən, ötən il DƏRDX 1,045 milyon manat gəlir əldə edib. Qurumun xərcləri isə 1,14 milyon manat, o cümlədən əmək haqqı və dövlət sosial sığorta ayırmaları üzrə xərcləri 716 min manat, sərf edilmiş materialların dəyəri üzrə xərcləri 36 min manat, amortizasiya xərcləri 120 min manat, sair əməliyyat xərcləri isə 267 min manat təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)