Əhalinin ən yüksək real gəliri olan şəhərlərin reytinqi dərc olunub - TOP-10
"Deutsche Bank"ın mütəxəssisləri bütün vergilərdən və mənzil kirayəsindən sonra əhalinin real gəliri baxımından dünya şəhərlərinin reytinqini tərtib edib.
"ENA" xəbər verir ki, ekspertlər ailədə iki nəfərin işlədiyini nəzərə alaraq ayda adambaşına düşən gəlirləri hesablayıblar.
Siyahının ilk pilləsində San-Fransisko qərarlaşıb. Burada əhalinin adambaşına düşən aylıq real gəlirin həcmi 4 710 ABŞ dolları təşkil edir. Reytinqin son yerini isə Vellinqton tutub. Bu şəhərdə sözügedən göstərici 2 075 dollara bərabərdir.
Əhalinin ən yüksək real gəliri olan TOP-10 şəhər:
№ |
Şəhər |
Ölkə |
Əhalinin adambaşına düşən aylıq real gəliri, ABŞ dolları |
1 |
San-Fransisko |
ABŞ |
4 710 |
2 |
Sürix |
İsveçrə |
4 626 |
3 |
Çikaqo |
ABŞ |
3 298 |
4 |
Boston |
ABŞ |
3 188 |
5 |
Nyu-York |
ABŞ |
3 157 |
6 |
Sidney |
Avstraliya |
2 615 |
7 |
Melburn |
Avstraliya |
2 485 |
8 |
Oslo |
Norveç |
2 342 |
9 |
Kopenhagen |
Danimarka |
2 285 |
10 |
Vellinqton |
Yeni Zelandiya |
2 075 |