Ən rəqabətqabiliyyətli ölkələrin reytinqi dərc olunub - TOP-10
Beynəlxalq İdarəetmə İnkişafı İnstitutu (International Institute for Management Development – IMD) 2019-cu ildə ən rəqabətqabiliyyətli ölkələrin reytinqini dərc edib.
Eləcə də bax: Milyonerlərin qaçdığı ölkələr - TOP-9
"ENA"-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 1989-cu ildən etibarən hər il dərc olunan IMD reytinqi 63 ölkəni əhatə edir və təxminən 260-a yaxın rəqabətə qabiliyyətlilik meyarını təhlil edir. Tədqiqat çərçivəsində dövlət tərəfindən rəqabət mühitinin yaradılması və biznesin aparılması üçün əlverişli şəraitin yaradılmasını qiymətləndirib.
Eləcə də bax: Forbes-ə görə 2019-cu ilin dünya üzrə - ƏN BAHALI BRENDLƏRİ
Reytinqin birinci yerini 2010-cu ildən etibarən ilk dəfə Sinqapur tutub. Buna səbəb ölkədə mövcud olan aparıcı texnoloji infrastruktur, ixtisaslı işçi qüvvə, əlverişli miqrasiya qanunları və biznesin başlanması üzrə effektli üsullar olub.
Ən rəqabətqabiliyyətli ölkələrin reytinqi:
# |
2018-ci ildəki yer |
Ölkə |
1 |
3 |
Sinqapur |
2 |
2 |
Honkonq |
3 |
1 |
ABŞ |
4 |
5 |
İsveçrə |
5 |
7 |
BƏƏ |
6 |
4 |
Niderland |
7 |
12 |
İrlandiya |
8 |
6 |
Danimarka |
9 |
9 |
İsveç |
10 |
14 |
Qətər |