Avtomobil

Yol polisindən plyonka açıqlaması: CƏRİMƏ OLMAYACAQ

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi son günlər gündəmə gələn və toplu suallar mövzusuna bir daha aydınlıq gətirib. Bildiyiniz kimi son günlər Bakıda qabaq alın və bütün qapıların yan şüşələrini plyonka ilə bağlayan sürücülərin sayı artıb. Həmin maşınları nümunə göstərən digər sürücülər haqlı olaraq sual verirlər. "Plyonkaya icazə verilirmi? Cəriməsi varmı?"

Eləcə də bax: Avtomobillərin idarə olunmasına dair etibarnamənin verilməsi ilə bağlı - YENİLİK

 

Bu kimi suallara Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov cavab verib. Şöbə rəisi bildirib ki, avtomobillərin arxa qapılarına pərdə və plyonka çəkilməsinə görə sürücülər barədə inzibati qaydada tənbeh tədbiri görülməyəcək. Yəni yol polisi belə avtomobilləri idarə edən sürücülərə qarşı cərimə tətbiq etməyəcək.

"Lakin bir daha bildirirəm ki, söhbət yalnız arxa sağ və sol qapı şüşələrindən gedir."

Eləcə də bax: Məzələnirsiniz?

 

 

Avtosfer.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)