Hadisə

"Buta Palace"ın art direktorunun məhkəməsi başlayır

Arvadını yaşadıqları mənzilin balkonundan ataraq öldürməkdə təqsirləndirilən “Buta Palace”nin art direktoru Ramiz Taxveli ilə bağlı istintaq yekunlaşıb.

"ENA" xəbər verir ki, xüsusi amasızlıqla adam öldürməkdə təqsirləndirilən R.Taxvelinin cinayət işi baxılması üçün  Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Rasim Sadıxovun sədrliyi ilə baxılacaq. 

İstintaq bu işdə T.Taxvelinin mərhum arvadı Adelya Taxvelidən başqa, qızı Aliya Taxvelini də zərərçəkmiş kimi tanıyıb.

Hadisə 2018-ci il dekabrın 10-da gecə saat 3 radələrində paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən hündürmərtəbəli binada baş verib. Orada yaşayan Taxveli Adelya Azər qızı 5-ci mərtəbədə balkondan düşərək vəfat edib.

İlkin olaraq A.Taxvelinin intihar etdiyi zənn edilsə də, sonradan hadisənin cinayət olduğu ortaya çıxıb. Məlum olub ki, A.Taxvelinin mübahisə zəminində əri Ramiz Taxveli balkondan aşağı atıb.

R.Taxvelinin maşınına baxış keçirilən zaman bir ədəd kibrit qutusunda 5,6 qram marixuana aşkar edilərək görülüb. O, narkotik maddənin təsiri altında arvadını balkondan ataraq öldürdüyünü etiraf edib.

Mərhum Adelya Taxveli Gənclər və idman naziri Azad Rəhimovun yaxın qohumu olub. 30 yaşında vəfat edın Adelyanın anası nazirin xalası qızıdır.  

Gənc xanımın Amerikada təhsil aldığı, həyat yoldaşı Ramiz Taxveli ilə sevərək ailə qurduğu bildirilir. Onların bu nikahdan iki uşağı olub. Cütlüyün toyunda nazir A. Rəhimov və ailəsi də iştirak edib. 

Adelyanın ata tərəfi də tanınmış nəsildir. Nənəsi Ədilə Namazova Tibb elmləri doktorudur. Adelyaya da onun adını qoyublar. Atası Azər Namazov isə ixtisasca həkimdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)