ENA+

Saakaşvilinin Ukraynaya qayıdır

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili mayın 29-da Ukraynaya qayıda bilər.

"ENAxəbər verir ki, bu barədə Ukraynanın “UNN” agentliyi məlumat yayıb.

“Mixail Saakaşvili yaxın günlərdə Ukraynaya qayıtmağa qərar verib, – məlumatda belə deyilir. – Onun gəlişi çərşənbə günü, 29 may tarixinə gözlənilir”.

Qeyd edək ki, 2015-ci ilin may ayında Ukrayna vətəndaşlığı alan M.Saakaşvili 2017-ci ilin dekabrında Petro Poroşenkonun göstərişi ilə bu vətəndaşlıqdan məhrum edilib. 12 fevral 2018-ci il tarixdə o, Kiyevdə saxlanılaraq Polşaya göndərilib.

Ukraynanın Sərhəd Xidməti Saakaşvilinin ölkəyə qayıtmasına 2021-ci ilə kimi qadağa tətbiq edib. May ayının 22-də Ukraynanın yeni prezidenti Vladimir Zelenskiyə məktub yazan M.Saakaşvili yenidən Ukrayna vətəndaşlığı ilə təmin olunması üçün xahiş edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)