MALİYYƏ

Elektrik qatarları Bakı ətrafında – ƏMLAKI BAHALAŞDIRACAQ

İnfratstrukturun inkişaf etdirilməsi həmin ərazidə olan daşınmaz əmlakın da qiymətinin artmasına səbəb olan başlıca amillərdən biridir

"ENA" xəbər verir ki, bunu daşınmaz əmlak üzrə ekspert, "Vecon" qiymətləndirmə şirkətinin rəhbəri Vüqar Orucov bildirib.  

Onun sözlərinə görə, yaxın günlərdə Sabunçu-Zabrat-Pirşağı dairəvi yolu ilə hərəkət edəcək Bakı - Sabunçu dəmir yolu xəttinin adı çəkilən ərazilərdən keçməsi, burada olan daşınmaz əmlakların qiymət artımına səbəb ola bilər.

Hazırda qeyd etdiyiniz qatarların keçəcəyi Sabunçu- Zabrat-Pirşağı ərazisində mənzillərin kvadratmetrinin orta qiyməti 700-800 manat, torpaqların 1 sotunun satış qiyməti isə 2-4 min manat arasında dəyişir.

Vüqar Orucovun sözlərinə görə, təcrübə göstərir ki, infrastruktur inkişaf etdirilən yerdə qiymət artımı 10-20% arasında olur. Adları qeyd olunan bu ərazilərdə də daşınmaz əmlakın qiymətində də təqribən bu həddə artımların olacağı istisna edilmir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)