Hadisə

Nazirliyin vəzifəli şəxslərinin cinayət işi - MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ

Beyləqan Meşələrin bərpası və Mühafizəsi Müəssisənin direktoru Novruz Alkərəmov və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Beyləqan şöbəsinin vəzifəli şəxsi Mehdi Abdullayev barəsində başlanan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"ENA" xəbər verir ki, cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Ramella Allahverdiyevanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, cinayət işinin başlanmasına səbəb Beyləqan meşəbəyiliyinin 2 saylı meşə dolayının torpaq sahəsinin ayrılması üçün pul alınması faktları olub. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması) maddəsi ilə ittiham irəli sürülüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)