13 bankın Mərkəzi Bankdakı vəsaitləri azalıb
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 16-sı bu il aprelin 1-nə olan vəziyyətə görə, Mərkəzi Bankdakı vəsaitlərinin ayrıca illik müqayisədə dinamikası barədə məlumat verib ki, bunlardan da 3-də müsbət, 13-də isə mənfi dinamika müşahidə edilib.
"ENA" xəbər verir ki, Mərkəzi Bankdakı vəsaitlərini artırmış banklar "Azərbaycan Sənaye Bankı", "Naxçıvan Bank" və "Yapı Kredi Bank Azərbaycan"dır. Bu banklarda müsbət dinamika müvafiq olaraq 2,4 dəfə, 77,3% və 29,5% olub.
İl ərzində Mərkəzi Bankdakı vəsaitləri azalmış banklar isə "Günay Bank", "Nikoyl Bank", "Access Bank", "Premium Bank", "AGBank", "Muğan Bank", "Kapital Bank", "Zıraat Bank Azərbaycan", "Atabank", Pakistan Milli Bankının Bakı filialı, "AFB Bank", "Xalq Bank" və "Bank Avrasiya"dır. Ən kəskin azalma "Bank Avrasiya"da (93%), ən yumşaq azalma isə "Günay Bank"da (2,2%) baş verib.
Mərkəzi Bankdakı vəsaitlərinin dinamikasını açıqlamayan banklar "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank BTB", "Bank of Baku", "Bank Respublika", "Bank VTB Azərbaycan", "Express Bank", İran Milli Bankının Bakı filialı, "NBC Bank", "PAŞA Bank", "Rabitəbank", "Turan Bank" və "Unibank"dır.