MALİYYƏ

Palatanın rəhbərliyinə əməkhaqqı ödənişləri 5 dəfə azaldılıb - 2 MİLYONDAN...

Maliyyə Bazarlarına Nəzarət Palatası 2018-ci ilin yekunları üzrə maliyyə hesabatını dərc edib.

“Marja” hesabata istinadən xəbər verir ki, ötən il Palatanın əməliyyat xərcləri 747 min manat azalaraq 10 milyon 135 min manat təşkil edib. O cümlədən əməkhaqqı xərcləri 641 min manat azalaraq 7 milyon 420 min manata düşüb. 2017-ci ildə Palatanın əməkhaqqı xərcləri 8 milyon 61 min manat təşkil etmişdi.

Əsas diqqəti cəlb edən rəhbərliyə (əsas idarəedici heyətə ) ödənişlərin kəskin azalmasıdır. Əsas idarəedici heyətə ödənişlər Palatanın əsas idarəedici heyətinə ləğv edilmiş Direktorlar Şurası və İdarə Heyəti üzvləri daxildir. 2018-ci il ərzində əsas idarəedici heyətə cəmi ödənişlər 419 min manat təşkil edib. Bu, 2017-ci illə müqayisədə təxminən 5 dəfə azalıb. 2017-ci ildə əsas idarəedici heyətə ödənişlər 2 milyon 79 min manat təşkil etmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)