BİZNES

Azərbaycanda ilk dəfə istehsal olunan alkoqolsuz şərab Çexiyaya ixrac olunacaq

Azərbaycan tarixində ilk dəfə olaraq alkoqolsuz şərab istehsalına başlayıb.

Bu barədə "Az-Granata" Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal üzrə direktor müavini Vüqar Mikayılov deyib.

Onun sözlərinə görə, şirkət bir aydır ki, alkoqolsuz şərab istehsal edir: "Belə ki, bu şərab alkoqollu şərabın vakuum aparatından keçirilməsi nəticəsində alınır. Şərab "Rubai 0%" adı ilə istehsal edilərək satışa buraxılıb. Şərab əsasən ixrac üçün nəzərdə tutulub. Artıq bu məhsul Çexiyaya ixrac edilir. Yaxın günlərdə "Az-Qranata" həmin məhsulu Ukraynaya da ixrac edəcək. Şərabın bir-neçə ölkəyə ixrac edilməsi planlaşdırılır".

V.Mikayılov qeyd edib ki, alkoqolsuz şərab xərçəng xəstəliyinin yaranma riskini azaldır, artıq çəkidən azad edir

"Alkoqolsuz şərabın tərkibindəki resveratrol, poliflavanoillər və bir sıra kompleks birləşmələr güclü antioksidant xüsusiyyətlərə malikdir. Bu da insanlarda xərçəng kimi ağır xəstəliyin yaranma riskini önəmli dərəcədə azaldır, bədəndə radioaktiv şüalanmanın qarşısını alır. Həmçinin bu şərabdan hər gün 150 millilitr istifadə etməklə artıq çəkidən azad olmaq mümkündür".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)