Fuad Abbasovun Azərbaycana deportasiya ediləcəyi tarix açıqlandı
"Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya ediləcək".
Bunu açıqlamasında onun vəkili Elman Paşayev deyib.
Eləcə də bax: "Bank of Baku" Zülfiyyə Xanbabayevanı məhməkəyə verməsi ilə bağlı - AÇIQLAMA
"Jurnalist Fuad Abbasov mayın 16-da Moskvada Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılarkən zorakılığa məruz qalıb. Mən indi onunla görüşdüm. Zorakılığın izləri açıq aydın görünür. Fuad bəzi prosedurları keçdikdən sonra mayın 28-i axşam saatlarında Azərbaycana deportasiya ediləcək".