MALİYYƏ

"Sahibkarlar maliyyə mənbələrinə çıxışda əziyyət çəkirlər"

"Maliyyə mənbələrindən düzgün istifadə edilmədiyinə görə ildə 30-40 min sahibkarlıq subyektləri bağlanır".

"ENA" xəbər verir ki, bu gün Bakıda keçirilən İqtisadiyyat Nazirliyinin yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ( KOBİA) dəstəyi ilə "Kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu" mövzusunda forumda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda sahibkarlıq institutu inkişaf edir:

"Özəl sektor Azərbaycan iqtisadiyyatının 80 faizini təşkil edir. Sahibkarlıqla məşğul olan insanların sayı 1 milyona yaxınlaşır".

O, KOBİA-nın fəaliyyətinə diqqət çəkib: "Bu istiqamətdə KOBİA mühüm işlər həyata keçirir".

Z.Səmədzadə əlavə edib ki, ildə 30 -40 min sahibkarlıq subyektləri bağlanır, ona görə ki, maliyyədən düzgün istifadə edilmir. 

"Bununla yanaşı, sahibkarlar maliyyə mənbələrinə çıxışda əziyyət çəkirlər. Təbii ki, kölgə iqtisadiyyatı var. Bu istiqamətdə ictimai şuraların yaradılması sahibkarlıq fəaliyyətinə müsbət təsir edəcək. İctimai Şurada gələcəkdə monitorinqlər aparılmasını istərdim", - millət vəkili bildirib.

Deputat əlavə edib ki, sahibkarlıq fəaliyyəti ilə bağlı bir sıra işlər həyata keçirməliyik.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)