MALİYYƏ

Vergi sanksiyalarından daxilolmalar proqnozlaşdırılandan 50% çox olub

Keçən il vergi  qanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən cərimə və sanksiyalardan daxilolmalar 205 milyon 71,1 min manat olub.

"ENA" xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası barədə" qanun layihəsində əksini tapıb.

Bu, 2018-ci ilin dövlət büdcəsində proqnozlaşdırılan vəsaitdən 69 milyon 71,1 min manat, yəni 50,8 faiz çoxdur. Dövlət büdcəsində vergi  qanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən cərimə və sanksiyalardan proqnozlaşdırılan daxilolmalar 136 milyon manat olub.

Eyni zamanda vergi  qanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən cərimə və sanksiyalardan daxilolmalar 2017-ci illə müqayisədə 2018-ci ildə 77,4 faiz artıb. 2017-ci ildə vergi  qanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən cərimə və sanksiyalardan daxilolmalar 115 milyon 568,5 min manat olub. Beləliklə, 2018-ci ildə 2017-ci illə müqayisədə vergi  qanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən cərimə və sanksiyalardan daxilolmalar 89 milyon 502,6 min manat çox olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)