Elm və Texnologiya

"Facebook"da postun əhatə dairəsini (reach) “məhv” edən - 5 SƏHV

Udonis Inc. – mobil tətbiqlər və oyunlar üzrə ixtisaslaşmış marketinq şirkətidir. Udonis öz bloqunda Facebook-da postun əhatə dairəsini “məhv” edən əsas beş səhvi göstərir.

Facebook-da reklam 2007-ci ildən bəri daha yaxşı hala gəlmişdir. Təxminən 3 il sonra Facebook Ads reklam sistemi işə salınmışdır. Facebook istifadəçilərin davranışını başa düşən alqoritmini daim təkminləşdirir, bu isə ayda 2-3 milyard insan deməkdir.  

Təcrübəmizdən çıxış edərək deyə bilərik ki, çox vaxt Facebook-da aşağıdakı səhvlərə yol veririk.  

Kampaniyanın məqsədini səhv seçirik

Facebook-da yeni reklam kampaniyasını qurarkən, ilk addım kimi şirkətin əsas məqsədini müəyyən etməyiniz lazımdır. Beləliklə, siz Facebook-a pulunuzu necə xərclədiyinizi və şirkətinizin yekun məqsədini (konversiya, məlumatlandırma, quraşdırma və s.) danışmış olursunuz. Seçdiyiniz məqsəd targetinqə, optimallaşdırma və nəticələrə təsir edəcək. Hal-hazırda Facebook hər bir reklam kampaniyası üçün yalnız bir məqsəd seçməyə imkan verir.

Şirkətin məqsədləri təxminən belə olmalıdır:

  • Brend haqqında məlumatlandırma. Reklam kampaniyasının bu növü daha çox insanın məlumatlandırılmasına yönəldilir. Nəticədə, brendinizi daha çox insan tanışmış olur.
  • Tətbiqlərin quraşdırılması. Kampaniyanın bu növü insanları mobil tətbiqinizi yükləməyə məcbur edir.
  • Videolara baxış. Kampaniyanın məqsədi – videokontentin baxış sayını artırmaqdır.
  • Konversiya – şirkətin veb-saytında, tətbiqində və ya Messenger-də fəaliyyəti stimullaşdırır.

Hələ də reklam qrupu büdcəsinin optimallaşdırılmasından istifadə edirik

Kampaniyanın büdcə optimallaşdırılmasını sentyabr ayından etibarən söndürmək mümkün olmayacaq. Hələ də reklam qrupu büdcəsinin optimallaşdırılmasından istifadə edirsinizsə, kampaniyanın büdcə optimallaşdırmasına keçid etməyi düşünməlisiniz. Keçid dövründən sonra, yeni və mövcud kampaniyalar üçün kampaniya büdcəsinin optimallaşdırılmasını söndürə bilməyəcəksiniz.

Facebook neçə nəfərin CBO-nu istifadə etdiyini açıqlamır, amma bunun reklamverenlərin yalnız kiçik bir hissəsi olduğunu düşünə bilərik. CBO-ya keçmək üçün vaxtı uzadırsınızsa, keçid sizin üçün ani və çətin ola bilər.

Kampaniya büdcəsinin optimallaşdırılması – büdcəni kampaniya səviyyəsində idarə etməyə imkan verən bir seçimdir. Bu yenilik bir kampaniya çərçivəsində birdən çox reklam qrupu üzrə büdcənin paylanılmasını optimallaşdırır.

Reklam qrupu xərcləri məhdudiyyətlərindən istifadə edərək, minimum və maksimum xərclərə nəzarət etmiş olursunuz. Əgər minimum xərc sərhədini təyin etsəniz, Facebookbu məbləği xərcləməyə çalışacaq. Əgər maksimum həddi təyin etsəniz, Facebook bu məbləği aşmayacaq. Kampaniyanın büdcəsini optimallaşdırarkən, avtomatik paylanma baş verir: büdcənin böyük hissəsi ən effektiv reklamlara keçir. Bu, kampaniyanın yaradılması prosesini asanlaşdırır.

Auditoriyanı daraltmırıq və ya səhv targetinq

Çox vaxt insanlar elə düşünürlər ki, auditoriya nə qədər geniş olsa, reklam kampaniyasını görmüş insanların sayı da bir o qədər çox olar. Bu, tamamilə səhv yanaşmadır! Siz büdcənizi qısa bir zamanda xərcləyərək, istəyinizə çata bilməyəcəksiniz. Belə ki, reklamlarınız müvafiq auditoriyanın yalnız kiçik bir hissəsinə göstəriləcək.

Reklam kampaniyalarını təxminlərə əsaslandırmayın, bunun əvəzinə hədəf auditoriyanı araşdırın və Facebook-un təqdim etdiyi bir çox targetinq variantlarından  faydalanın.

Təsəvvür edin ki, targetinq bir boulinq oyunudur

Targetinq boulinq oyununa bənzəyir. Sizin əsas məqsədiniz – bütün keqlləri aşırtmaqdır. Təsəvvür edin ki, keqllər hədəf auditoriyadır, bouliq topu isə reklamdır. Düzgün hədəf seçsəniz (reklam/targetinq), daha yaxşı nəticələr əldə edəcəksiniz (istifadəçilərin cəlb olunması).

Reklamlarımızı artıq görmüş auditoriyanı istisna etməyi unuduruq

Reklamınızı daima eyni insanlara göstərərək, təklif etdiyiniz bir şeyə maraq göstərməyən istifadəçiləri əmin etməyə çalışmış olursunuz.

Reklam yorğunluğu – bütün şəbəkələrdə ən uğurlu kampaniyalara belə təsir edən bir fenomendir. Bu, reklamlarınızın tezliyi çox yüksək olanda baş verir.

Reklam yorğunluğuna qarşı mübarizə aparmağın iki yolu var. Reklamınızı yeniləyə və ya sadəcə Facebook izləyicilərinin bir hissəsini istisna edə bilərsiniz. Məsələn, əgər postun əhatə dairəsini genişləndirməyə çalışırsınızsa, Facebook-dakı hazırkı izləyiciləri istisna etməyiniz vacibdir.

Eyni zamanda məqsədlərindən çıxış edərək auditoriyanı sazlaya bilərsiniz. Beləliklə, saytınızın oxuyucularına yönəlmiş remarketinq kampaniyalarını yarada bilərsiniz.

 “Lookalike” auditoriyasına münasibətdə targetinqdən istifadə etmirik

Facebook-a görə, oxşar auditoriya – sizin biznesinizdə maraqlı olan yeni insanları cəlb etmək üçün bir vasitədir.

Oxşar auditoriyanı necə yaratmaq olar?

İlk olaraq bir qrup seçməyiniz lazımdır, məhz oxşar auditoriya da bu qrupdan yaradılacaq. Siz səhifənin fanatları, saytın ziyarətçiləri və ya müştəri siyahısı arasında seçim edə bilərsiniz. Oxşar auditoriyanın yaranması üçün, minimum olaraq 100 nəfərlik müştəri qrupunuz olmalıdır.

Oxşar auditoriyaları daha da sıxlaşdıra bilərsiniz. Belə ki, böyük auditoriyanın əhatə dairəsi geniş olsa da, biznesiniz üçün relevant deyil. Daha məqsədyönlü auditoriya həmişə kiçik olur. Elanınızı görmüş insanların sayı daha az olsa da, onların xüsusiyyətləri birinci qrupun xüsusiyyətlərinə tam olaraq uyğun olacaq. “Lookalike” auditoriyanı bir az da sıxlaşdırmaq istəyirsinizsə, hədəf auditoriyanızın demoqrafik göstəricilərini təyin edə bilərsiniz. Burada yaş, yaşayış yeri və digər bu kimi meyarlar daxildir.

Daha kiçik olan auditoriyanı seçin

Oxşar auditoriyanı yaradan zaman, qədər izləyici 1-10% arasında seçə bilərsiniz (məqsəd kimi seçdiyiniz ölkənin ümumi əhali sayından).

Nəticə:

Bu səhvləri aradan qaldırmaqla, dəqiq bir strategiya və anlayış olmadan düzgün müştəriləri tapmaq üçün çox pul sərf edərək biznesinizə zərər verməyəcəksiniz.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)