MALİYYƏ

Azərbaycana investisiya qoymaq asanlaşdı - YENİLİK

Azərbaycanın iqtisadiyyatına azı 500 min manat məbləğində investisiya yatırmış şəxslərdən ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaitin olması barədə sənəd tələb olunmayacaq.

"ENA" xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsinə yeni 53.2-1-ci maddəsi əlavə edilir.

Təklif olunan maddəyə əsasən, Azərbaycan Respublikasının iqtisadiyyatına azı 500 min manat məbləğində investisiya yatırmış şəxslərdən bu Məcəllənin 53.1.7-ci maddəsində nəzərdə tutulan sənəd tələb olunmayacaq.

Məcəllənin 53.1.7-ci maddəsi isə belədir: Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin və onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaiti olması barədə sənəd (yaxın qohumu olan Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış şəxs ölkədə qaldıqları vaxtda onların təminatını öz üzərinə götürdüyü hallar istisna olmaqla) təqdim etməlidirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)