TURİZM

Samaradan Bakıya həftəlik reyslərin sayı iki dəfə artacaq

İyunun 10-dan Rusiyanın “Ural Hava Yolları” aviaşirkəti Samara-Bakı-Samçara marşrutu ilə uçuşların sayını artıracaq. Bu barədə aviaşirkətdən məlumat verilir.

“Hazırda aviaşirkət cümə günləri Samaradan Bakıya birbaşa uçuşlar həyata keçirir. İyunun 10-dan “Ural Hava Yolları” bu marşrut ilə bazar ertəsi əlavə reys həyata keçirəcək”, - məlumatda qeyd olunur.

Uçuşlar “Airbus А320” təyyarələri ilə həyata keçirilir.

Samaradan Bakıya biletin qiyməti 98 avrodan, Bakıdan Samaraya – 133 avrodan başlayır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)