Bank

Samir Şərifovdan Beynəlxalq Bankın özəlləşdirilməsi barədə - YENİ AÇIQLAMA

Maliyyə naziri Samir Şərifov hesab edir ki, 2019-cu ildə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin özəlləşdirilməsi ehtimalı azdır.

“Biz, əvvəl olduğu kimi, ABB-nin özəlləşdirilməsində maraqlıyıq, lakin bu məsələdə irəliləyiş yoxdur. Prosesin cari il həyata keçiriləcəyini düşünmürəm”, - S.Şərifov bildirib.

Öncə S.Şərifov ABB-nin özəlləşdirilməsi prosesində irəliləyişin olmadığını bəyan edib. Onun sözlərinə görə, buna səbəb investorların olmamasıdır.

Daha əvvəl AYİB ABB-nin restrukturizasiyası və özəlləşdirilməsində iştiraka maraq ifadə edib.

ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. Bankın əsas səhmdarı Azərbaycan Maliyyə Nazirliyidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)