MALİYYƏ

Bəzi dövlət rüsumlarına yenidən baxılmalıdır - TƏKLİF

Deputat Çingiz Qənizadə bir sıra dövlət rüsumlarına yenidən baxılması məsələsini təklif edib.

ENA” xəbər verir ki, parlamentdə çıxış edən Ç. Qənizadə qeyd edib ki, dövlət rüsumlarının məbləğinin çox olması narazılıqlar yaradır:

“Məsələ, icarə müqaviləsi ilə bağlı rüsum 92 manatdır. Elə olur ki, müqaviləni bir neçə dəyişməli olursan. Üstəgəl, bu müqavilədən əlavə 14 faizlik vergi də ödənir. Həmçinin, icarə müqaviləsi pozulduqda da əlavə 23 manat rüsum ödəyirsən. Bu yaxınlarda bildirildi ki, Azərbaycanda 130 mindən çox sahibkarlıq subyekti ilə məşğul olan şirkətlər var. İndi hər hansı idarə və ya şirkət öz adını yazmalıdır. “Reklam haqqında” qanunvericiliyə əsasən, ad 1 kvadrat metri keçməməlidir. Əgər keçsə, buna görə də rüsum ödəməlidir. Nəzərə alaq ki, bir yerin adı 1 kvadrat metri keçir. Ölkəmizə xarici turistlər gəlir. Məcbur olur ki, sahikbar ingilis dilində söz yazsın. Bu isə artıq rüsum deməkdir. Bu məsələyə baxılmalıdır və həlli tapılmalıdır”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)