ENA+

"Huawei" nə üçün hədəfdədir? - ŞİRKƏT SON 5 İLDƏ BAZAR PAYINI...

"Huawei" son 5 ildə bazar payını hər il 2 bənd artırıb

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp, ölkədə "milli fövqəladə vəziyyət" elan edib və Amerika şirkətlərinin milli təhlükəsizlik riski təşkil edən xarici şirkətlərə aid telekommunikasiya avadanlıqlarını istifadə etmələrini qadağan edən bir fərman imzalayıb. Fərmanda ölkə və ya şirkət adı göstərilməsə də əsl hədəfin başda "Huawei" olmaqla Çin şirkətləri olduğu bilinir. 

"ENA" xəbər verir ki, "Huawei" telekommunikasiya avadanlıqları bazarında 2014-cü ildə "Nokia"nı keçərək bazar liderliyini ələ keçirib və o tarixdən bəri bazar payını artırır. "Huawei" 2018-ci ilin sonunda 29% bazar payına çatıb. "Huawei" son 5 ildə bazar payını ortalama hər il 2 faiz bəndi artırıb. Şirkətin bu sahədəki ABŞ-lı rəqibləri "Cisco"  və "Ciena" isə 10 faizdən aşağı bazar payına sahibdirlər. Finlandiyanın "Nokia" və İsveçin "Ericsson" şirkətləri də  "Huawei"nin böyüməsi ilə son 5 ildə illik ortalama 1 bənd bazar payı itiriblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)