FINTEX SAMMİT - Maliyyə və Texnologiyalar Sammiti

16-17 may 2019-cu il tarixlərində Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiyası tərəfindən “FINTEX SAMMİT - Maliyyə və Texnologiyalar Sammiti: Ödəmə mühitində yeni trendlər: innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlik” tədbiri keçiriləcəkdir.

Bunlarla yanaşı Sammitin keçiriləcəyi həftənin “Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi” elan edilməklə əlaqədar qurumlar arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması və silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Bu tədbirlərdən biri də sahibkarlara rəqəmsal maliyyə texnologiyaları, onlardan istifadənin verəcəyi üstünlüklər barədə seminarın keçirilməsidir. Seminarın 14 may 2019-cu ildə “Accessbank” ASC-nin baş ofisində olması planlaşdırılır.