Rusiya Sənaye Müəssisələrinin Biznes Missiyası tədbir keçirəcək

4 aprel 2019-cu il tarixində saat 11:00-da JW Marriott Absheron (Azadliq meydanı 674) mehmanxanasında Rusiya Sənaye Müəssisələrinin Biznes Missiyası tədbir keçirəcək.

Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev; Rusiya Federasiyasının Sənaye və ticarət naziri Denis Manturov; Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO)–nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev; Rusiya ixrac mərkəzinin Baş Direktoru Andrey Slepnyov; Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov iştirak edəcəklər.