A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Retəkaful

Sözün izahı

Şəriət (İslam hüququ) prinsipləri əsasında həyata keçirilən təkrarsığorta.

Bax: həmçinin,“TƏKAFUL” və “TƏKRARSIĞORTA”.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

Azərbaycan Respublikasının qanunvericiliyində ”retakaful” anlayışı və bu cür təkrarsığorta ilə bağlı hər hansı mexanizm nəzərdə tutulmamışdır.

Beynəlxalq təcrübədən nümunə

«Swiss Re» “Yenilikçi və Şəriət əsaslı Retəkaful, səh. 3:

Retəkaful (eng.-retakaful)– Şəriət (İslam hüququ) əsasında həyata keçirilən təkrarsığorta olmaqla, təkaful əməliyyatları ilə eyni prinsipləri daşıyır: təkrarsığortalıların (retəkaful operatorlarının) fondu ilə səhmdarların fondunun bir-birindən ayrı olması; Şəriət əsaslı (qadağan olunmuş əməliyyatlardan, o cümlədən faiz dərəcələrinin ödənilməsindən yayınmaqla həyata keçirilən)investisiya strategiyası; Şəriət alimlərinin müstəqil nəzarət şurasının olması. Bax: “TƏKAFUL”la bağlıəlavə izahat; “retakaful” təkafulun təkrarsığorta əməliyyatlarını ehtiva edən termindir.