Sosial iqtisadiyyat

Bu tarixdən Azərbaycan yanacağı Avro-5 standartına uyğunlaşdırılacaq

"Atmosfer havası ilə bağlı aparılan monitorinqlər göstərir ki, isti yay günlərində küləksiz, yüksək temperatur olan dövrlərdə atmosfer havasının çirklənməsi daha intensiv xarakter alır".

 

Bunu ETSN-nin şöbə müdiri Mirsalam Qənbərov deyib.

Onun sözlərinə görə, hazırda paytaxtda havanın çirklənməsinin 70%-dən çoxu avtonəqliyyat vasitələrinin payına düşür: "15-20 il əvvəl bu rəqəm tam əksinə idi. Hazırda Azərbaycanda 1 milyon 400 mindən çox avtonəqliyyat vasitəsi var. Bununla yanaşı, iri sənaye müəssisələrinin cəmləşməsi, insanların sıx məskunlaşması da havanı çirkləndirən əsas amillərdəndir. Atmosfer havasının keyfiyyətinə təsir edən digər səbəblər isə təsərrüfat fəaliyyəti zamanı ekoloji norma və standartlara düzgün riayət edilməməsidir. Atmosferə atılan tullantıların böyük bir hissəsi nəqliyyat vasitələrinin payına düşdüyü üçün bu sahə üzrə daha mütərəqqi metodların tətbiqi, təbiətə dost nəqliyyat vasitələrinin təşviqi təmin edilməli, elektromobillərin, hibrid nəqliyyat vasitələrinin, havanı daha az çirkləndirən sıxılmış qazla işləyən avtomobillərin sayı artırılmalı, dizel yanacağı ilə işləyən nəqliyyat vasitələri minimuma endirilməli, mühərriki kiçik həcmli avtomobillərə üstünlük verilməlidir".

 

O qeyd edib ki, 2021-ci ildə ölkədə istehsal olunan yanacaq avro-5 standartına uyğunlaşdırılacaq ki, bu da nəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin azalmasına şərait yaradacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)