Sosial iqtisadiyyat

Deputatın adına şirkət çıxdı: VERGİNİN SAYTINDAN FOTO

İqbal Məmmədovun adına şirkət çıxıb.

Bununla bağlı iqtisadçı ekspert Hafiz babalı sosial şəbəkədə bununla bağlı məlumat paylaşıb. Məlumata əsasən Vergilər Nazirliyinin rəsmi səhifəsində onun "AZQAZSERVİS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin qanuni təmsilçisi olduğu göstərilir. 

Sənədlərdən həm də o görünür ki, deputat qanunvericiliyi pozaraq biznes qurumunda icra orqanına rəhbərlik edir.

Kommersiya qurumunun adı: "AZQAZSERVİS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Qeydiyyat nömrəsi (VÖEN): 1401716381
Təşkilati-hüquqi forması: Məhdud məsuliyyətli cəmiyyət
Hüquqi ünvanı: AZ1010, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, NEFTÇİLƏR PR. ev.143 m.36
Nizamnamə kapitalı: 100 manat
Maliyyə ili: 01 Yanvar - 31 Dekabr
Qanuni təmsilçi: QULİYEV ŞAKİR ƏBDÜL OĞ LU
Təsisçilər (kommanditçilər): MURADOV CƏMİL TAHİR OĞ LU
Dövlət qeydiyyatına alındığı tarix: 15 Dekabr 2009.


Bakı, 28 yanvar (AZƏRTAC). 

Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, qurumun “Azəriqaz” İstehsalat Birliyi (İB) təbii qazdan istifadə haqqının yığılması, sayğac göstəricilərinin dəqiqləşdirilməsi, yaranmış borclar üzrə istehlakçıların vaxtında məlumatlandırılması, eləcə də təbii qazdan qeyri-qanuni istifadə hallarının aşkar edilərək aradan qaldırılması məqsədi ilə təsis edilmiş “Azqazservis” MMC ilə müqavilə imzalamışdır. 
Tərəflər Bakı və Abşeron rayonları üzrə mövcud abonentlərə təbii qazın təminatı istiqamətində xidmət səviyyəsinin daha da yaxşılaşdırılması, yığım göstəricilərinin yüksəldilməsi və qaz itkisinin qarşısının alınması istiqamətində birgə səylərin daha da gücləndiriləcəyini bildirmişlər. Bununla əlaqədar, “Azəriqaz” İB abonentlərdən “Azqazservis” MMC-nin müvafiq vəsiqəsi olan və xüsusi geyimə malik işçilərinin həyət və mənzillərdəki, eləcə də müəssisə və obyektlərdəki mövcud qaz avadanlığı, sayğac və qaz xətlərinə baxış keçirmələrinə şərait yaradılmasını xahiş edir. 

https://azertag.az/xeber/AZARIQAZ_IB_ILA_AZQAZSERVIS_MMC_ARASINDA_MUQAVILA_IMZALANMISDIR-466922


 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department