Fərdi təhsillə bağlı yeni - ƏMR
Azərbaycanda fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiq edilib.
ENA.az xəbər verir ki, bu barədə Təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.
Əmr əsasında uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsi təmin ediləcək.
Əmrə əsasən, uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid 2019-2020-ci dərs ili üçün tədris planı və tədris planına dair “Qeydlər” təsdiq olunub.
Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.