ENA+

"Nabeglavi": Biz Rusiya bazarından asılı deyilik

Gürcüstanın məşhur mineral sular istehsalçısı "Nabeglavi" bildirir ki, şirkət Rusiya bazarından asılı deyil.

"Rusiya sanksiyalar tətbiq etməsi halında bizim şirkət üçün dağıdıcı təsiri olmayacaq", - şirkətin təsisçilərindən Avtandil Svimonişvili bildirib. 

Onun sözlərinə görə, "Nabeglavi"nin ixracında Rusiyanın payı təxminən 5-7% təşkil edir.

"Əvvəllər öz məhsullarımızı əsasən Rusiya bazarlarına ixrac edirdik. 2006-ci ildə Rusiya embarqo qoydu. Sonra bizim xarici tərəfdaş bizə məsləhət gördü ki, ehtiyatlı olaq. Biz digər bazarları mənimsəməyə başladıq. Hazırda əsasən digər MDB ölkələrinə məhsulları ixrac edirik, dediyim kimi, Rusiyanın bizim ixracımızda payı yalnız 5-7%-dir", -Svimonişvili qeyd edib.
 
"Nabeglavi" öz məhsullarını dünyanın 30 ölkəsinə, o cümlədən Avropa Birliyi, MDB, Asiya, Yaxın Şərq və Şimali Amerika ölkələrinə göndərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)