Hadisə

Rüşvət alarkən videosu yayılan polislər tapıldı - YOXLAMA BAŞLADI

Yol hərəkəti qaydalarını pozan iki piyadadan rüşvət alan polislər artıq müəyyən edilib.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Eləcə də bax: "AZAL təyyarələrində oğru şəbəkəsi fəaliyyət göstərir"

Onun sözlərinə görə, həmin polis əməkdaşları barəsində Bakı Şəhər Baş Polis İdarəsində xidməti yoxlama aparılır:

“Yoxlamanın nəticəsinə uyğun olaraq, onların barəsində qərar veriləcək”.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə polis əməkdaşının yol hərəkəti qaydalarını pozan iki piyadadan rüşvət aldığını əks etdirən videogörüntülər yayılıb.

Eləcə də bax: Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub - SƏRƏNCAM

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)