TURİZM

Bakıda şortik geyinən turist məşhur restorana buraxılmayıb

Paytaxtda yerləşən “Beerbaşa” restoranı şortikdə olan turisti içəri buraxmayıb.

Eləcə də bax: “4 yumurta, pendir və çaya 40 manat verdik” - MÜŞTƏRİ NARAZIDIR

ENA.az xəbər verir ki, bu barədə Orxan Səfərli məlumat paylaşıb. Onun sözlərinə görə, restoranda dresscode tələbi var imiş. Buna baxmayaraq, pub-a belə bir tələbin qoyulmasının doğru olmadığı vurğulanaraq tənqid edilib.

“Qafqazinfo” məsələ ilə bağlı restoranla əlaqə saxlayıb. Bildirilib ki, restoranda dress kod tələbi var. Belə ki, bura idman şortikində giriş qadağandır. Bu tələb həm qadınlara, həm kişilərə, həm də azyaşlılara aiddir.

Eləcə də bax: Azərbaycanda helikopter turları başlayıb – İSTİQAMƏTLƏR VƏ QİYMƏTLƏR

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)