Vətəndaşa çatan 5 minə qədər təzminat arta bilər - AKTUARİLƏR HESABLAYIR
Hazırda avtomobillərin icbari məsuliyyət sığortası zamanı zərərçəkən vətəndaşa təzminat ödənilir. 5 il əvvəl qəbul olunmuş təzminat haqqının yucarı limiti 5 min manatdır.
Eləcə də bax: Yol hərəkətinin nizamlanması üçün iki yeni nişan tətbiq ediləcək
Xatırladaq ki, həmin dövrdə bu dollarla ifadədə 6 min dollara qədər pul demək idi. Hazırda isə bu məbləğ dollarla ifadədə 3 min dollara yaxın edir. Buna görə də təzminatın məbləğinə baxılması zərurəti yaranıb.
İcabi Sığorta Bürosunun İdarə Heyətinin sədri Rəşad Əhmədovun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası və aktuarilərlə birlikdə hesablamalar aparılıb və müvafiq sənədlər hazlrlanıb.
Eləcə də bax: R.Əhmədov: Azərbaycanda "təzə qəbir axtaran hüquqşünaslar" ordusu formalaşıb
"Hazırda Azərbaycanda bir sığorta hadisəsinin ortalama dəyəri 1200-1300 manatdır. Düzdür, daha baha olan sığorta hadisələri də var. Ümumilikdə haqlısınız, ötən 8 ildə ölkədə tariflər xeyli dəyişib və aktuarilər bunu hesablayıb. Düşünürəm ki, yaxın zamanlarda bu istiqamətdə yeniliklər olacaq". R.Əhmədov qeyd etdi ki, avtomobil sektorunda sığorta bazarının həcmi 100 milyon manat, əmlak sığortası üzrə 300 milyondan yüksəkdir. Avtomobil sığortasında zərərlilik 60 faiz olduğu halda, əmlakın icbari sığortasında 10-15 faizi keçmir.
Eləcə də bax: Daha yol polisindən «Forma-4» almaq lazım olmayacaq - İSB-DƏN AÇIQLAMA