Sığorta

R.Əhmədov: Azərbaycanda "təzə qəbir axtaran hüquqşünaslar" ordusu formalaşıb

Ölkənin gəlirləri artıqca sığorta gəliri artır. Amma sığortanın fəlsəfəsi belədir ki, şəxsin gəlirləri azaldıqca o sığortaya daha böyük önəm verməlidir, çünki hər hansı hadisə nəticəsində şəxs müflis ola bilər.

ENA.az xəbər verir ki, İcbari Sığorta Bürosunun İdarə Heyətinin sədri Rəşad Əhmədovun sözlərinə görə, sığorta risklərin minimallaşdırılmasına xidmət edir. Avtomobillərin icbari sığortası üzrə əmsal 100 faizə çatır. Bu sahədə demək olar ki, problem həll edilib. Bu gün Azərbaycanda avtomobillərin dəyəri çox yüksəkdir. Hadisə baş verdikdə, icbari sığorta bunun yalnız 5 min manata qədər ödəyə bilər.

Zərər böyükdürsə, qalan hissəsinin ödənilməsində sizə yalnız könüllü sığorta kömək edə bilər". R.Əhmədov bildirdi ki, İcbari Sığorta Bürosu qarant funksiyasını daşıyır, yəni sığorta şirkəti iflas edərsə bu zaman Sığorta Bürosu onun öhdəliyini yerinə yetirir. Azərbaycanda həm də "yeni qəbir axtaran hüquqşünaslar" ordusu var. Bu qanuna zidd deyil.

Amma niyə vətəndaş özü gəlmir? Biz bunu etməliyik, çünki bu vəsait vətəndaşa çatmalıdır. Bu el arasında "qan pulu" adlanır. Bu pulu hüquqşünaslar və ya digər vasitəçilər vasitəsilə verdikdə isə pulun ən azı 1000 manatı onlara çatır".

Büro rəhbəri bu sahədə insanların maarifləndirilməsi məqsədilə işlərin artırıldığını qeyd etdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department