Azərbaycanda yeni məhkəmə - YARADILIR
Azərbaycanda yeni məhkəmə yaradılır.
"ENA" xəbər verir ki, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanuna yeni - 46-cı maddənin əlavə edilməsi təklif olunur.
Yeni maddəyə görə, kommersiya məhkəməsi və onun səlahiyyətləri aşağıdakı kimidir:
- Kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır;
- Kommersiya məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir;
- Azərbaycan Respublikasının qanunları ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.