BİZNES

“ConocoPhillips Exploration” şirkətinin Azərbaycandakı filialı bağlanır

Amerikanın “ConocoPhillips Exploration” şirkəti Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.

Bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verilir.

Bildirilib ki, “Conoco Phillips Exploration Azerbaijan LTD”nin kreditorları iki ay ərzində tələblərini AZ1010, Bakı şəhəri, Səbail rayonu, Nizami, ev 90A ünvanına bildirə bilərlər.

Qeyd edək ki, SOCAR və “Conoco Phillips Exploration Azerbaijan Ltd” 2011-ci ilin iyulunda “Azərbaycan ərazisində quruda kəşfiyyat qabağı fəaliyyətə dair birgə tədqiqat Sazişi” imzalayıb.

“ConocoPhillips”, həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsində 2,5% paya sahib olub, 2015-ci ildə isə bu payı CIECO şirkətinə satıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)