Əsas məzmuna keç
Bakı +12°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Rəsmi

Yol tikintisinə 1,6 milyon manat ayrıldı - SƏRƏNCAM

Yol tikintisinə 1,6 milyon manat ayrıldı - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"BI" xəbər verir ki, sərəncama əsasən, Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulan vəsaitin 1,6 milyon (bir milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə