Əsas məzmuna keç
Bakı +12°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
ENA+

Yeni nəsil elektron döyüş sistemi Türkiyə Ordusunun arsenalına daxil edilib

Yeni nəsil elektron döyüş sistemi Türkiyə Ordusunun arsenalına daxil edilib

Türkiyənin milli müdafiə sənayesinin istehsalı olan “Sancak” yeni nəsil elektron döyüş sistemi qardaş ölkənin Silahlı Qüvvələrinə təslim edilib.

ENA.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir tviterdəki hesabında məlumat verib.

Yüksək sürətli “Sancak” sistemi geniş zolaqda çıxış gücünə, müxtəlif növ və rejimlərdə manevr, aldatma, elektron dəstək vermək, avtomatik əlaqə qurmaq kimi imkanları ilə Türkiyə Silahlı Qüvvələrinin zərbə gücünü daha da artıracaq.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə