“Windows 10”un yeni versiyası buraxılacaq

“Microsoft”un “Windows 10X” əməliyyat sistemi 2021-ci ilin ikinci rübündə buraxılacaq.
ENA.az “Gizmochina”ya istinadən xəbər verir ki, yeni əməliyyat sisteminin başlıca funksiyaları arasında kompüteri “yuxu” rejimindən dərhal çıxardan “Modern Standby” rejimidir.
!@#
Bu rejim işə salma düyməsini basmaqla, yaxud notbukun qapağını açmaqla aktivləşir.
Kompüter “yuxu”da ikən nəzərdə tutulmuş əlavələr, o cümlədən e-poçtu işlədən yeni funksiya da xüsusi qeyd olunmalıdır.
Qeyd edək ki, “Windows 10X” əməliyyat sistemi iki ekranlı və bükülən kompüter cihazları üçün nəzərdə tutulur.











