Əsas məzmuna keç
Bakı +14°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sənaye

Ukrayna vasitəsilə Rusiya neftinin Avropaya nəqli yenidən dayandırıldı

Ukrayna vasitəsilə Rusiya neftinin Avropaya nəqli yenidən dayandırıldı

Bu gün Rusiya neftinin "Dostluq" neft kəməri ilə Ukrayna ərazisi vasitəsilə Avropaya nəqli yenidən dayandırılıb.

"ENA" xəbər verir ki, bu barədə Ukraynanın "Ukrtransnafta" şirkətindən bildiriblər.

Şirkətdən qeyd edilib ki, bazar ertəsi gecə saat 00:00-dan başlayaraq boru kəməri ilə neft nəqli bərpa edilsə də, bir qədər sonra proses yenidən dayandırılıb. Həmin müddət ərzində 4 min ton neft nəql edildiyi bildirilir.

Neftin nəqlinin dayandırılmasının səbəbi olaraq texniki problemlər göstərilir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə