TikTok-un “bazarı bağlana bilər” - YouTube-dan yeni xidmət

Qlobal video yayım xidməti olan YouTube ABŞ bazarında TikTok-un aparıcı mövqeyinə son qoymaq üçün öz platformasında Shorts adlanan yeni xidmətini istifadəyə verir.
!@#
ENA.az xəbər verir ki, bu tətbiqetmə istifadəçilərə mobil telefonlar üçün rahat olan şaquli formatda qısa videolar çəkməyə və onu xüsusi effektlər və YouTube-un siyahısındakı musiqilərlə bəzəməyə imkan verir.
“Bugündən başlayaraq və növbəti bir neçə həftə ərzində biz ABŞ-da yeni Shorts video xidmətimizin beta versiyasını tədricən genişləndirəcəyik” – YouTube dünən öz bloqunda bildirib. Yeni xidmət həm də videonun xüsusi yerlərində qısa mətnlər əlavə etmək funksiyasına malikdir.
TikTok ən böyük bazarlarından birində - Hindistanda ötən ilin yayında birdəfəlik olaraq qadağan edilib. Bu fürsətdən yararlanan YouTube yeni qısa video yayım tətbiqetməsi olan Short-u 2020-ci ilin sentyabrından Hindistanda aktiv edib. Açıqlanan statistikaya görə Shorts-a hazırda bütün dünyada gündəlik 6,5 milyard baxış var.











